Rusiyada “Sevgilim Raca” adlı filmin çəkilişləri başa çatıb.

Dərgi.az xəbər verir ki,  melodrama janrında çəkilmiş filmdə baş rolları azərbaycanlı aktyor Rüstəm Cəbrayılov və Dana Abızova oynayır.

4 seriyadan ibarət film Rusiyanın “Domaşnıy” telekanalı ilə yayımlanacaq.   Bu barədə telekanalın mətbuat xidməti məlumat yayıb.