Türkiyəli aktrisa Ceyda Düvenci həyat yoldaşı, radio proqramçısı Güclü Mete ilə qatıldığı tədbirdə obyektivlərə tuş gəlib.
Dergi.az xəbər verir ki, Ceyda Düvenci və Güclü Mete avqust ayında Stokholmda nikah masasına oturublar. Evlilikdən sonra gözlərdən uzaq qalan cütlük, bu dəfə bir tədbirdə birlikdə görüntülənib.
Tədbirə qara mini ətək, parlaq və dantel detallı üst, dəri gödəkçə və qara çəkmələrlə qatılan Ceyda Düvencinin yeni görünüşü sosial mediada geniş müzakirə olunub.
İstifadəçilər aktrisanın dəyişimini vurğulayaraq “Gəncləşmiş” və “Evlilik yaraşıb” kimi şərhlər yazıblar.
