“Bir dəfə Rahib Azəriyə sual verdim ki, bu Üzeyir Mehdizadələr, Damlalar, Vəfalar…. Nə olacaq bunun axırı? O da qayıdıb dedi ki, sən nədən narahatsan ki? Bu, həmişə olub”.
Dərgi.az xəbər verir ki, bu sözləri reper PRoMete “Hərşeyşünas” adlı verilişdə qonaq olarkən deyib.
“Damla musiqimizə vurduğu zərəri vurub artıq. İndi ola bilər ki, peşəkarlarla işləyib, yaxşı nəticə verir. Sadəcə olaraq Damla tez təslim oldu, keçdi səviyyəli işlər təqdim etməyə. Bu mövzuda çox radikal düşünürəm. Damla indi təqdim etdiyi musiqilər səviyyəlidirsə, deməli onda doğrudan da mən heç nə bilmirəm. Sadəcə olaraq yönünü dəyişib. Yaxşıya doğru olsa da, yaxşı deyil. Mənə sual verəndə ki, Miri Yusifin mahnı oxumağına münasibətiniz necədir? Miri Yusif Azərbaycan repinə elə xidmət edib ki, onun indi buraxacağı səhvi mən eksprement kimi qəbul edirəm” deyə reper bildirib.
Şərhlər