Məşhur müğənni Ebru Yaşar, dünyaca tanınmış lüks saat markası Richard Mille-in qurucusunun qızı Amanda Mille ilə görüşüb.

Dergi.az xəbər verir ki, Ebru Yaşar və Amanda Mille xaricdə bir araya gəliblər. Uzun müddətdir dost olduqları bildirilən ikili, birlikdə vaxt keçirərkən obyektiv qarşısına keçib.

Görüşdən paylaşdıqları fotolarda Ebru Yaşar və Amanda Mille-in səmimi halları diqqət çəkib. Fotolardan birində Amanda Mille-in Ebru Yaşarı yanağından öpdüyü görünüb.

Amanda Mille, Richard Mille markasının idarəçiliyində də aktiv rol oynayır. O, markanın iş birlikləri və kommunikasiya işlərində əhəmiyyətli rol oynayır və moda ilə incəsənət dünyasının tanınmış adları ilə layihələrdə yer alır.