Türkiyəli aktrisa Hande Soral və həyat yoldaşı İsmail Demircinin dörd yaşlı oğlu Əli bu il məktəbə başlamışdı. Lakin kiçik Əli üçün məktəbə alışma prosesi asan keçmir.

Dergi.az xəbər verir ki, İstanbulda sel səbəbindən dərslərə fasilə verilməsi və həftə sonunun birləşməsi ilə dörd gün evdə qalan Əli yenidən məktəbə dönərkən anasından ayrılmaqda çətinlik çəkib.

Hande Soral bu vəziyyəti izah edərkən etdiyi zarafatla üzləri güldürüb. Aktrisa “Görən elə bilər ki, əsgərə yola salıram. Dörd gün aradan sonra böhranlı oldu, amma həll etdik. Oryentasiya davam edir” deyib.

Əlinin məktəbə alışma prosesi hələ tamamlanmayıb. Ancaq Hande Soralın dediyinə görə, yaşanan çətinlikdən sonra vəziyyət bir şəkildə düzəlib.