Türkiyəli müğənni Hatice Çarpar sosial media hesabında kiber fırıldaqçıların qurbanı olduğunu açıqlayıb.
Dergi.az xəbər verir ki, müğənni ev əşyası almaq üçün bir satıcı ilə əlaqə saxlayıb və ona göndərilən link vasitəsilə alış-veriş etməsi təklif edilib. Linkə tıkladıqdan sonra böyük bir zərər gördüyünü bildirib.
Hatice Çarpar “Çox böyük dolandırıldım. 5 min TL-lik dresuar mənə 270 min TL-yə başa gəldi. Linkə tıqladım və pulum getdi” deyib.
Müğənni “Bu işin peşini buraxmayacağam” ifadəsini işlədərək, Cumhuriyyət Baş Prokurorluğuna şikayət etdiyini və hüquqi yollarla haqqını axtaracağını bildirib.
Hadisədən dərhal sonra polisə gedərək şikayətçi olduğunu deyən müğənni, izləyicilərini də bilinməyən linklərə tıklamamağa və bənzər tələlərə qarşı diqqətli olmağa çağırıb.
