Amerikalı aktrisa Julie Bowen yeni sevgilisi olduğunu açıqlayıb.
Dergi.az xəbər verir ki, “Modern Family” serialının ulduzu sevgilisinin kimliyini hələlik gizli saxlayır. Julie bu barədə Los Ancelesdə keçirilən Step Up 2026 İlham Mükafatları tədbirində danışıb.
Aktrisa sevgilisini “ağıllı və gülməli” olaraq təsvir edib. “Mənim üçün ağıllı və gülməli olmaq vacibdir. Görünüş isə önəmli deyil, amma o, yaraşıqlıdır”, – Julie bildirib.
Julie Bowen daha əvvəl 13 il evli olduğu Scott Phillips ilə 2017-ci ildə ayrılıb və onların üç övladı var.
