“7 ay öncə Moskvada başlayıb, Sankt Peterburq, Vıborq Kronştadt, Sestroresk, Lomonosov və Bakı kimi şəhərlərdə çəkilən “Didərgin”, “Изгой.Константинополь” 10 seriyalı serialı bu gün bitirdik. “Altan” maraqlı xarakter idi, fərqli xarakter idi”.
Dərgi.az xəbər verir ki, bu sözləri aktyor Kamran Ağabalayev sosial şəbəkədə yazıb. O, yeni layihələrinin də anonsunu verib:
“Actors Agency of Azerbaijan təsisçisi Sabuhi Mammadov -a xüsusi təşəkkürümü bildirirəm,artıq 13 ildir ölkə xarici layihələrdə həm ölkəmizi həm aktyorlarımızın tanınmağında çox böyük işlər görüb,ən azından mənim üçün zəhməti danılmazdır.
Sağ ol Rusiya,Sağ ol “Изгой”.
Salam Struqatski qardaşları “Трудно быть Богом”, Salam Tunis,Hindistan,Mərakeş.
Amma cüzi dincəlmək lazımdır.
Səbəb salın,Allah ruzi verənlərin ən gözəlidir”.
Şərhlər