“İşlərimin çoxluğu ilə əlaqədar olaraq “Neftçi”dən ayrıldım. Film çəkilişlərinin çoxu Rusiyanın Sankt-Peterburq şəhərində, Mərakeş və Hindistanda olduğundan, “Neftçi” TV-yə vaxt ayıra bilməyəcəkdim. Ona görə də ayrılmaq qərarı verdim”.

Bunu Prosport.Az saytına açıqlamasında “Neftçi” TV-nin sabiq rəhbəri, kinoaktyor Kamran Ağabalayev deyib.

” “Neftçi”dən ayrılmağım çəkilişlərlə bağlıdır. Şəxsi qərarımdır. Hazırda Sankt-Peterburqdayam. Çəkilişlər 8 ay davam edəcək. Ondan sonra “Netflix”in layihəsi də var. Kim məni bu qədər gözləyər? “Neftçi”yə keçəndə də öncədən demişdim ki, öz karyeram da var”-, deyə bildirib.

Hər zaman “Neftçi” azarkeşi olaraq qalacağam. Bundan sonra da lazım olarsa, kluba kömək etməyə hazıram”.

44 yaşlı Kamran Ağabalayev işlədiyi təxminən 1 illik müddətdə işinin öhdəsindən gəldiyini bildirib: “Mən düşünürəm ki, işimin öhdəsindən çox gözəl gəldim. Ümumiyyətlə, qarşımıza qoyduğumuz planlar çox idi. Mənim orada olub-olmamağımdan asılı olmayaraq, uşaqlar o planları yerinə yetirəcəklər. Bir sözlə, əvvəl də biz yox idik, “Neftçi” vardı. İndi də “Neftçi” olacaq. Ona görə də hər bir halda “Forza Neftçi”!

 

 

XƏBƏR NÖVÜ:

MANŞET, QALMAQAL,

Yenilənib: 14:03 15.07.2024