Ketrin Zeta-Cons, 2 oktyabrda yayımlanmağa başlayan yeni triller filmində uelsli aksenti ilə tamaşaçıların rəğbətini qazanıb. Məşhur aktrisa, Uelslə olan güclü bağından bəhs edərək, ürəyində həmişə orada qaldığını bildirib.
Dergi.az xəbər verir ki, aktrisanın fanatları onun uelsli səsini eşitməkdən məmnun olduqlarını sosial mediada vurğulayıblar. Fanatlardan biri Instagram-da treyler paylaşımının altında “Onun uelsli aksenti gözəldir və mən bunu çox sevirəm, səbirsizliklə gözləyirəm” şərhini yazıb.
Ketrin Zeta-Cons, BBC Woman’s Hour proqramında çıxış edərək, fanatlarının onun aksentini fərq etmələrinin onu çox sevindirdiyini və bu reaksiyaların onun üçün çox dəyərli olduğunu bildirib.
Eyni zamanda, aktrisa “nepo baby” termini ilə bağlı fikirlərini də bölüşüb. O, həyat yoldaşı Maykl Duqlasın “ən böyük nepo baby” olduğunu deyərək, uşaqları Dylan və Carys-in üzərlərinə yönələn diqqətlə necə yaxşı başa çıxdıqlarını vurğulayıb.
