Amerikalı müğənni Lana Del Rey ögey övladlarını ilk dəfə sosial mediada paylaşaraq ailə həyatının bir hissəsini izləyiciləri ilə bölüşüb.
Dergi.az xəbər verir ki, müğənni iki illik evlilik ildönümünü qeyd edərkən həyat yoldaşı Cermi Dufren və onun üç övladı ilə birlikdə çəkilmiş fotoşəkilləri İnstagram hesabında yayımlayıb. Bu, Del Reyin Dufrenin bütün övladlarını əks etdirən ilk paylaşımıdır.
Del Rey paylaşımında “Əziz həyat yoldaşım, ikinci ildönümümüz mübarək… Yaşadığım hər yeri yenidən ev kimi hiss etdirdiyin üçün təşəkkür edirəm” sözlərini yazıb. O, ögey övladlarına da “Və kiçik ailəmizə… etdiyimiz hər şey ən yaxşısıdır” ifadələri ilə müraciət edib.
Lana Del Rey hazırda Jack Antonoff ilə birlikdə hazırladığı “Stove” adlı yeni albom üzərində çalışır. Albomda “White Feather Hawk Tail Deer Hunter” adlı mahnı da yer alacaq.
