Londonda milyarder Vladislav Doroninin sevgilisi Kristina Romanovanın Aman Essentials markası ilə keçmiş Fendi və Dior kreativ direktoru Kim Consun birgə kolleksiyasının təqdimat mərasimi keçirilib.
Dergi.az xəbər verir ki, tədbirdə müğənni Lili Allen, aktyor İdris Elbanın həyat yoldaşı Sabrina, məşhur moda jurnalisti və tənqidçi Tim Blenks, The Perfect Magazine və Love Magazine nəşrlərinin təsisçisi Keti Qrand, dizayner Kristofer Keyn və digər moda dünyasının tanınmış simaları iştirak edib.
Kristina Romanova sosial mediada “Bu mənim üçün çox vacib bir hadisədir və onunla inanılmaz dərəcədə qürur duyuram. Kim, Aman dünyasına inanılmaz istedad və baxışını gətirdiyin üçün təşəkkür edirəm. Və dünənki axşamı xüsusi edən hər kəsə təşəkkür edirəm” yazıb.
Xatırladaq ki, Kristina Romanova daha əvvəl Venesiya Film Festivalı zamanı sevgilisi Vladislav Doroninə məxsus Aman otelində ulduzlarla dolu bir tədbir təşkil etmişdi. O zaman tədbirə Amanda Seyfrid, Pamela Anderson, Bruklin Bekhem və Nikola Pelts, Taika Vaititi, Emma Korrin və bir çox başqa məşhurlar qatılmışdı.
Model və Aman Essentials markasının baş direktoru Kristina Romanova 2014-cü ildən bəri otel şəbəkəsi Aman-ın qurucusu Vladislav Doronin ilə görüşür. Onların iki qızı var. Doronin daha əvvəl beş il Naomi Kempbell ilə görüşüb və ondan əvvəl təxminən 20 il Yekaterina Doronina ilə evli olub. Bu evlilikdən böyümüş bir qızı var.
