Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil anası Yurdagül Ekenin cənazəsinə qatılmaması ilə bağlı açıqlama verib.
Dergi.az xəbər verir ki, Erbil anasının cənazəsinə qatılmamasının səbəbini ilk dəfə dilə gətirib. O, həmin dövrdə səhhəti ilə bağlı problemlər yaşadığını və bu səbəbdən mərasimdə iştirak edə bilmədiyini bildirib.
Həmçinin, Erbilin qardaşı da həmin vaxt şoumenin sağlamlıq vəziyyətinin cənazəyə qatılmasına imkan vermədiyini açıqlamışdı.
