Türkiyəli müğənni Hatice Çarpar sosial media hesabından yayımladığı video ilə dələduzluğun qurbanı olduğunu açıqlayıb.

Dergi.az xəbər verir ki, müğənni evinə dresuar almaq məqsədilə bir satıcı ilə əlaqə saxladığını və ona göndərilən link vasitəsilə əməliyyat etdikdən sonra təxminən 270 min TL itirdiyini bildirib.

Hatice yaşadıqlarını izləyiciləri ilə bölüşərək polislə əlaqə saxlayacağını qeyd edib. O, “5 min TL-lik dresuar mənə 270 min TL-ə başa gəldi. İndi polisə gedirəm” ifadələrini işlədib.

Müğənni həmçinin satıcı tərəfindən ona göndərilən linkə tıkladıqdan sonra pulunun yoxa çıxdığını deyib. O, “PTT AVM adlı bir linkə yönləndirdilər məni. O linkə tıkladım, pulum getdi. Lütfən diqqətli olun” sözləri ilə izləyicilərini xəbərdar edib.

Hatice hadisə ilə bağlı şikayətçi olduğunu və oxşar hallara qarşı diqqətli olunmasını tövsiyə edib.