Xəbər verdiyimiz kimi, Musa Kılıç MedEra Hospitalında Uzman Fizioterapevt-Reabilitoloq kimi fəaliyyət göstərsə də, onun bu vəzifəni qanunsuz şəkildə icra etdiyi iddia olunur.

Məlumatda bildirilirdi ki, Türkiyə vətəndaşı olan uzman fizioterapevt Musa Kılıç peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahana dəvət olunub, lakin müvafiq keçid balını toplaya bilmədiyi üçün uğursuz nəticə əldə edib. Nəticədə ona Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən yalnız akademik tanınma şəhadətnaməsi təqdim olunub.

Bütün bu iddialarla bağlı MedEra Hospitalında fəaliyyət göstərən Musa Kılıç jurnalistlərin mövzu ilə bağlı suallarını cavablandırmaqdan imtina edib. Üstəlik, jurnalisti təhdid edərək milləti təhqir etdiyi bildirilir.

O, açıqlamasında “Gerizəkalılar”, “arsız millətsiz”, “qanınız pozuq”, “gerizəkalı”, “rədd olun, şərəf yoxsulları” kimi ifadələr işlədib.

Qeyd edək ki, məsələ ilə bağlı araşdırma başlanılıb.

Medera Hospital” cərimələndi

Belə ki, Musa Kılıç “Fizioterapiya və tibbi reabilitasiya” ixtisası üzrə dövlət nümunəli (həqiqi) ali təhsil sənədi ilə xarici kvalifikasiyasının tanınması üçün TKTA-ya müraciət edib. Müraciəti Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli, 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən araşdırılıb.

Musa Kılıç peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahana qatılıb, lakin keçid balını toplaya bilmədiyi üçün uğursuz nəticə əldə edib. Ona TKTA tərəfindən yalnız akademik tanınma şəhadətnaməsi təqdim olunub. Bu şəhadətnamədə də qeyd edildiyi kimi, akademik tanınma Musa Kılıça yalnız Azərbaycan Respublikası ərazisində təhsilinin növbəti pilləsi üzrə davam etdirmək hüququ verir.

Bu səsyazısından sonra M.Kılıç yenidən paylaşım edib. O, son paylaşımında bu fikirləri səsləndirib:

“Peşə fəaliyyətimlə bağlı gerçəkləri əks etdirməyən məlumatlar paylaşıldı, sonradan reallıq ortaya çıxdı. Azərbaycan xalqını Türkiyə xalqından ayırmıram. Dövlətlərimizi nə qədər sevdiyimi bilən bilir. Bakıda qalma səbəbim xalqımızın mənə olan sevgisindən qaynaqlanır. Dünyanın ən inkişaf etmiş müalicə üsullarını Bakıda tətbiq edirik.

Bu gün səsyazısı yayıldı, səhifəmizə hücum edildi. Haqqımızda bəzi qarayaxma kampaniyaları başladı. Hücum adı altında “rədd ol, ölkənə get” kimi mesajlar göndərənlər var. Mən onları nəzərdə tutaraq həmin cavabı vermişəm. Bütün xalqı nəzərdə tutmamışam, xalqımız mənim başımın tacıdır. Qarayaxma kampaniyası aparanlara cavabım yoxdur, artıq heç nə deməyəcəyəm. İşimlə gündəmə gəlmək istəyirəm”.

media-800

Həmin səs yazısını təqdim edirik:

XƏBƏR NÖVÜ:

MANŞET, QALMAQAL,

Yenilənib: 02:10 08.03.2025