Rusiyalı aktrisa Nadejda Sısoyeva həmkarı Marina Fedunkivlə olan münaqişəsini açıqlayıb. Onun sözlərinə görə, sərxoş vəziyyətdə olan Fedunkiv onu qarnından vurub, sonra isə davranışına görə üzr istəməyə çalışıb.
Dergi.az xəbər verir ki, Sısoyeva bildirib ki, bir neçə ildir ki, bu hadisə ona xatırladılır və buna görə də Comedy Woman qastrol səfəri zamanı baş verənləri danışmağa qərar verib.
“Qastrol, Vladivostok, bütün tur boyu Marina sərxoş idi. Mən içki içmirəm. Marinanın əyləncəsi yalnız ona maraqlı idi. Bütün komanda çox yorulmuşdu. Tur çətindir, sərxoş Marinala tur daha da çətindir”, — deyə o bildirib.
Sısoyevanın sözlərinə görə, turun son konsertindən əvvəl bütün komanda Marinanı gözləmək məcburiyyətində qalıb və “atmosfer gərginləşib”.
“Sinirlər dözmədi və mən ona irad bildirdim, bundan sonra o, mənə tərəf qaçaraq qarnımdan vurdu. Marinanı layihədən xaric etdilər, doqquz ay ərzində hər dəfə içəndə mənə zəng edərək üzr istəyirdi”, — Sısoyeva qeyd edib.
O əlavə edib ki, məsələ bağlanmışdı, ta ki Fedunkiv müsahibələrə çıxana qədər. Sosial şəbəkələrdəki paylaşımında Sısoyeva, Marinanı müdafiə etməyə çalışanlara kəskin cavab verib.
