Amerikalı müğənni Ne-Yo üç qadınla poliəmorik münasibətini açıqlayıb.

Dergi.az xəbər verir ki, Ne-Yo uzun müddətdir birlikdə olduğu sevgililəri Kristina, Arielle Hill və Moneii ilə münasibətindən danışıb. Müğənni “Closer” mahnısının ifaçısı kimi tanınan Ne-Yo, sosial media hesabında paylaşım edərək bu münasibətin onun üçün reallıq olduğunu bildirib.

Ne-Yo qeyd edib ki, çoxları belə bir sevginin yalnız xəyal olduğunu düşünür. O, hər səhər gülümsəyərək oyanmağın və günün gətirdiyi hər şeyi sevərək qarşılamanın onun üçün bir reallıq olduğunu vurğulayıb.

Bununla yanaşı, Ne-Yo münasibətinə dair cəmiyyətin verdiyi reaksiyalardan yorulduğunu da etiraf edib. Müğənni, “Dünya mənim poliəmorik münasibətdə olmağıma görə qəzəblidir,” – deyə bildirib.

SOSİAL MEDİA MƏZMUNU