Azərbaycanlı aktyor Nicat Rəhimovun “İncə səhər” proqramında səsləndirdiyi fikirlər müzakirəyə səbəb olub.

Dergi.az xəbər verir ki, Rəhimovun “Bizdən sonra aktyor görmürəm” sözləri birmənalı qarşılanmayıb.

“ƏSA” teatrının qurucusu Nihad Qulamzadə bu fikirlərə sərt reaksiya verib. O, instaqram hesabında Nicat Rəhimovun açıqlamasını paylaşaraq “Gör, kimlər aktyorluq sənətindən danışır” ifadəsini işlədib.