Rusiyalı müğənni Olqa Orlova mərhum müğənni Janna Friskenin oğlu Platonla görüşmək üçün Dmitri Şepelyevə müraciət edib.

Dergi.az xəbər verir ki, Orlova “Bu axşam” proqramında Platonun xaç anası olduğunu və onunla görüşmək üçün icazə istədiyini bildirib. O, görüşün heç bir təhlükə yaratmadığını və sadəcə xaç oğlunu görmək istədiyini qeyd edib.

İyun ayında bildirilmişdi ki, Platonun atası Dmitri Şepelyev Olqa ilə görüşə razılıq verib, lakin görüş zamanı foto və video çəkilişlərinin qadağan olunmasını şərt qoyub.

Lakin Jannanın atası Vladimir Friske, Dmitrinin Olqa ilə əlaqə saxlamadığını bildirib. Onun sözlərinə görə, Şepelyev yalnız özünü televiziyada göstərmək istəyir.