Rusiyalı aktrisa Polina Denisova “Papiny Doçki. Novye” serialının 22 yaşlı ulduzu Anton Roqaçev ilə evləndiyini açıqlayıb.

Dergi.az xəbər verir ki, cütlük nikah mərasimindən fotoları sosial mediada paylaşıb. Denisova paylaşımında “Mənim ailəm. ZAGS” ifadəsini yazıb və ərinin soyadını qəbul etdiyini bildirib: “Mən indi Roqaçeva”.

Aktrisa toy günü üçün La Femme brendindən ağ kostyum və Lia Gureeva şlyapası seçib. Denisova evdə buketini unutduğunu və nikah qeydiyyatına gecikdiklərini də qeyd edib.

Nikahdan sonra yeni evlənənlər Moskvanın restoranlarından birində yaxın qohumları ilə birlikdə qeyd ediblər.

Polina Denisova və Anton Roqaçev münasibətlərini bu qış açıqlayıblar. Cütlük 1 iyulda nişanlandıqlarını elan edib.