Rusiyalı aktyor Qoşa Kutsenko model və aktrisa İrina Skriniçenko ilə uzun müddət davam edən münasibətlərdən sonra evlənib.
Dergi.az xəbər verir ki, Kutsenko və Skriniçenko 2002-ci ildə tanış olublar. İllər ərzində bir neçə dəfə ayrılıb barışsalar da, 2012-ci ildə nəhayət evləniblər. Onların ilk övladı 2014-cü ildə dünyaya gəlib.
Qoşa Kutsenko valideynlərinin vəfatından sonra İrinanın dəstəyinin onun üçün çox vacib olduğunu bildirib. O, İrinanın həyatında mühüm rol oynadığını və ailə qurmağa qərar verdiklərini deyib.
Onların ikinci övladları 2017-ci ildə doğulub və Kutsenko bu dövrdə ailəsinin ona yeni enerji və həyat məqsədi verdiyini vurğulayıb.
