Məşhur kolumbiyalı müğənni Şakira, keçmiş həyat yoldaşı, ispan futbolçu Jerar Pike ilə uşaqların qəyyumluq razılaşmasını dəyişdirmək üçün məhkəməyə müraciət edib.
Dergi.az xəbər verir ki, müğənni və futbolçu Barselonada keçirilən məhkəmə iclasında iştirak ediblər. Şakira, uşaqları 11 yaşlı Saşa və 13 yaşlı Milanın Mayami ilə Barselona arasında səyahət qaydalarının dəyişdirilməsini tələb edir.
Şakira, Pike’nin Mayamiyə daha tez-tez səfərlər etməsini istəyir ki, uşaqların tez-tez okean aşmaq məcburiyyəti ortadan qalxsın. Müğənni, uşaqların məktəb, sosial və gündəlik rutinlərinin pozulmasına səbəb olan mövcud görüş qaydasını dəyişdirmək istəyir.
Şakira, uşaqların ataları ilə keçirdikləri vaxtın azaldılmasını istəmədiyini, lakin Pike’nin daha çox iştirak etməsini tələb etdiyini vurğulayıb.
Xatırladaq ki, Şakira və Jerar Pike 12 il birlikdə olublar. Onların böyük oğlu Milan 2013-cü ildə, kiçik oğlu Saşa isə iki il sonra dünyaya gəlib. 2022-ci ildə cütlük ayrılıb və bu ayrılıq böyük rezonans doğurub.
