Rusiyalı “Dom-2” layihəsinin iştirakçısı Sasha Artemova biznesmen Nikolay Subaçevdən boşanma təcrübəsi haqqında açıq danışıb.

Dergi.az xəbər verir ki, Artemova keçmiş ərinin ona qarşı çoxsaylı məhdudiyyətlər qoyduğunu və maddi çətinliklər yaşatdığını bildirib. Onun sözlərinə görə, Subaçev dəfələrlə özünü idarə edə bilməyib və hətta zorakılığa əl atıb.

Artemova bildirib ki, bu evlilikdə normal gəlir əldə etmək imkanı olmayıb və qazandığı pulları belə görməyib. O, keçmiş ərini “nəzarətsiz və qeyri-sağlam insan” adlandırıb.

Artemovanın yaxınlarından biri “StarHit”ə bildirib ki, Sasha çox şeyi danışmır və təhlükəsizlik səbəbindən bəzi məqamları gizli saxlayır. İddialara görə, Subaçev tez-tez Artemovaya qarşı fiziki zorakılıq tətbiq edib.