Türkiyəli müğənni Semiramis Pekkanın oğlu Zoran Lalvani evlənib.

Dergi.az xəbər verir ki, Zoran Lalvani həyatını Zoe Springer ilə birləşdirib.

Semiramis Pekkan oğlunun toyundan fotolar paylaşaraq yaşadığı sevinci ifadə edib. “Dünən mənim üçün çox xüsusi bir gün idi. Canım oğlum evləndi. Onu belə xoşbəxt, sevdiyi qadınla yan-yana görmək bir ana olaraq mənə izah edə bilməyəcəyim duyğular yaşatdı. Bir ömür boyu çox xoşbəxt olun,” deyə Pekkan bildirib.

Semiramis Pekkan və Gulu Lalvani 1987-ci ildə evlənmiş, lakin cütlüyün evliliyi 1996-cı ildə sona çatmışdı. Pekkan daha əvvəl keçmiş əri ilə əlaqəsinə dair açıqlama verərək, “Ərimə ‘Biz ayrılaq, sonra birlikdə olaq’ dedim. 10 il evli, 15 il ayrı şəkildə münasibətimizi davam etdirdik. Londonda boşandıq. Mən milyarderin həyat yoldaşı deyiləm, artıq milyarderin keçmiş həyat yoldaşıyam,” ifadələrini istifadə etmişdi.