Xalq artisti Miri Yusif həyat yoldaşı Nərgizlə bağlı paylaşım edib.
Dərgi.az xəbər verir ki, müğənni xanımını ad günü münasibəti ilə təbrik edib.
“Sən olmasaydın, həyatım necə olardı?” sualı mənim üçün ən çətin sualdır. Amma sənə cavablarım çoxdur. Həyatımdakı bütün zamanlar sənin. Sənətimdəki bütün mahnılar sənin. Ürəyimdə döyünən nəbz sənin. Qəlbimin ən dərinliklərindən gələn bütün hisslər sənin. Bütün zamanlarım sənindir. Dəyərli olan hər şeyin qarşılığı sənsən. Ad günün mübarək, Nərgizim” deyə, ifaçı oaylaşımında yazıb.
Qeyd edək ki, cütlüyün 3 övladı var.
Şərhlər