Türkiyəli məşhur müğənni Sibel Canın özündən 11 yaş kiçik iş adamı Emir Sarıgüllə nikah masasına əyləşəcəyi tarix bəlli olub.

Axşam.az xəbər verir ki, toy sentyabrın 17-də Muğlanın Marmaris şəhərində keçiriləcək. Məclisdə 500 nıfırin iştirakı gözlənilir.

Qeyd edək ki, cütlük uzun müddətdir sevgilidir. Emir Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Murtafa Sarıgülün oğludur.