Şair-bəstəkar Xanım İsmayılqızının “Ömrün Xanım Fəsli” adlı yaradıcılıq gecəsi keçirilib. 

Dərgi.az  xəbər verir ki, Heydər Əliyev Sarayında keçirilən gecənin aparıcılığını Leyla Quliyeva edib. X.İsmayılqızının səsləndirdiyi şeirlə başlayan tədbirdə şair qonaqlara təşəkkür edib.

Konsert zamanı Xalq artistləri Nazpəri Dostəliyeva, Faiq Ağayev, Röya Ayxan, Nəzakət Teymurova, Əməkdar artistlər Lalə Məmmədova, Rəşad İlyasov, Mətanət İsgəndərli, Abbas Bağırov, müğənnilər Çinarə Məlikzadə, Elnur Hüseynov, Ayşən Mehtiyeva, Elnarə Xəlilova, Samir Piriyev və başqaları çıxış ediblər.

Gecədə diqqət çəkən məqam aparıcı  L.Quliyeva və aktyor Kamran Ağabalayevin şeir dediyi səhnə  çəkib.

XƏBƏR NÖVÜ:

MANŞET, MƏDƏNİYYƏT,

Yenilənib: 12:19 06.06.2024