Finlandiyalı komediyaçı Axel Åhman Warner Bros. International Television Production Finland tərəfindən istehsal edilən “Body in the Closet” serialında baş rolu canlandıracaq.

Dergi.az xəbər verir ki, Axel Åhman serialda teatrda çalışan Staffan adlı bir gənci canlandıracaq. O, böyük şəhər mədəniyyətinə daxil olmuş kənd uşağıdır və teatrın tarixini əzbər bilir. Lakin Betty adlı qıza olan hislərini ifadə etməkdə çətinlik çəkir.

Serialda Staffanın təsadüfən mişarla ölməsi və sonra Bettyni təqib etməsi ilə davam edir. Axel Åhman Variety-ə açıqlamasında, “Qətl qurbanını canlandırmaq mənim üçün maraqlı idi. Xarakterlərin gözlənilməz sonlarla üzləşməsi və yazıçıların qaranlıq mövzulara cəsarətlə yanaşması xoşuma gəlir” deyib.

Serialın rejissoru Elin Grönblom və ssenari müəllifi Josefin Sonck “Bloodsuckers” layihəsindən tanınır. “Body in the Closet” gələn payızda çəkilişlərə başlayacaq və Finlandiyanın ictimai yayımçısı YLE-nin İsveç dilli bölməsi layihəyə dəstək verir.