Türkiyəli aktrisa Aylin Akpınar “Kardeşlerim” serialında canlandırdığı Emel obrazı ilə tanınır. Artıq 14 yaşında olan aktrisa, yeni serial layihəsi ilə gündəmə gəlib.
Dergi.az xəbər verir ki, Aylin Akpınar 2026-cı ilin sentyabrında Mimar Sinan Gözəl Sənətlər Liseyinin Sinema-TV/Tiyatro sahəsinə qəbul olunub. Bu addım aktrisanın gələcəkdə də aktyorluq sahəsində irəliləmək istədiyini göstərir.
Aktrisa “Eve Giden Yol” adlı yeni serialda Melis obrazını canlandırır. Serialın rejissoru Onur Saylak, baş rollarda isə Aras Bulut İynemli və Nilperi Şahinkaya yer alır.
Aylin Akpınar “Kardeşlerim” serialında dörd mövsüm ərzində Emel obrazını canlandırıb və 2021-ci ildə Altın Kelebek mükafatında “Ən Yaxşı Uşaq Aktyor” mükafatını qazanıb.
