Türkiyəli aktyor Murat Divitçioğlu çəkiliş meydanlarından ayrılaraq Çanakkalenin Bayramiç ilçəsinə köçüb və burada esnaflıq etməyə başlayıb.

Dergi.az xəbər verir ki, Murat Divitçioğlu Kazdağları sevdası və təbiətə yaxın yaşamaq arzusu ilə Çanakkaleye yerləşib. Aktyor ailəsi ilə birlikdə daha sakit bir həyat qurmaq istədiyini bildirib. O, universitet illərində tanış olduğu dostu Barlas Balcı ilə birlikdə sandviç biznesində çalışır.

Murat Divitçioğlu həm aktyorluq, həm də esnaflıqla məşğul olduğunu qeyd edib. O, çəkilişlər üçün İstanbul və digər şəhərlərə gedib-gəldiyini, lakin Çanakkalede yaşamağın ona huzur verdiyini vurğulayıb.

Divitçioğlu, “Kardeşlerim” və “Mehmed: Fetihler Sultanı” seriallarında iştirak edib və bir çox reklam filmlərində rol alıb.

Barlas Balcı, Murat Divitçioğlu ilə birlikdə çalışmanın müştəri sayını artırdığını, aktyorun müştərilərlə yaxşı münasibət qurduğunu bildirib.