Türkiyəli aktyor Birkan Sokullu, 2005-ci ildə Tuğba Ekinci’nin “Kutu Kutu” mahnısının klipində rol alıb.
Dergi.az xəbər verir ki, klipdəki səmimi səhnələr sosial mediada yenidən paylaşıldıqdan sonra aktyorun keçmişdəki görüntüləri müzakirə mövzusuna çevrilib. Sokullu, klipin çəkildiyi dövrdə basketbolla məşğul olduğunu və hələ aktyorluq dünyasına daxil olmadığını bildirib.
Aktyor, klipdə iştirak etməsinin tanışlarının xahişi ilə baş verdiyini və bu layihədə yer alarkən əyləndiyini qeyd edib. O, keçmiş işlərinə bu gün necə baxdığı soruşulduqda, özünə qarşı barışıq olduğunu vurğulayıb və o dövrdəki layihədən narazı olmadığını bildirib.
Sokullu, daha sonra “Hayat Şarkısı”, “Masumlar Apartmanı” və “Yüz Yıllık Mucize” seriallarındakı rolları ilə geniş tanınıb. 2026-cı ildə isə Netflix üçün hazırlanan “Palas Pandıras” serialında keçmiş basketbolçu Levent rolunu canlandıracaq.
