Amerikalı aktrisa Cessika Çestein Los-Ancelesdə “Başqa Ana” filminin premyerasında yeni görünüşü ilə diqqət çəkib.
Dergi.az xəbər verir ki, 49 yaşlı aktrisa Monse markasının 2027-ci il yaz-yay kolleksiyasından olan lüks yaşıl atlas mini paltarla qırmızı xalçada parlayıb. Paltarın bir çiynində yumşaq drapaj və budunda dekorativ düyün var idi.
Cessika Çestein obrazını incə qızılı Christian Louboutin sandalları ilə tamamlayıb. Lakin onun yeni saç rəngi və kəsimi – sarı rəngə boyanmış və yumşaq Hollivud dalğaları ilə qısa bob saç düzümü – əsas diqqət mərkəzində olub.
