Böyük Britaniyalı yazıçı Coan Roulinq “Harry Potter” kainatına aid iki yeni kitab üzərində işləyir.
Dergi.az xəbər verir ki, “Bloomsbury Publishing” nəşriyyatı tərəfindən nəşr ediləcək “Pocket Potters” seriyasına daxil olan bu kitablar 2027-ci ilin fevral ayında satışa çıxarılacaq.
İlk kitab “Pocket Potters: Fred and George” Uizli əkiz qardaşlarının Hoqvartsdakı macəralarına və zarafatlarına həsr olunacaq. Kitabda onların məşhur zarafatları və Diagon xiyabanında açdıqları mağazadan bəhs edilir.
İkinci kitab “Pocket Potters: McGonagall” isə professor Minerva MakQonaqallın həyatına və Qriffindor fakültəsindəki roluna diqqət yetirəcək. Burada onun pişiyə çevrilmək bacarığı və tələbələrlə münasibətləri də əhatə olunacaq.
