ABŞ-lı aktyor Dean Norris “Breaking Bad” serialında canlandırdığı ‘Hank Schrader’ rolu ilə dünya şöhrəti qazanıb. Aktyorun və həyat yoldaşı Bridgetin 2022-ci ildə 1,3 milyon dollara aldıqları “Swing Inn Cafe” iflas edib.
Dergi.az xəbər verir ki, Kaliforniyanın Temecula şəhərində yerləşən və 1927-ci ildən fəaliyyət göstərən bu kafeni maliyyə böhranı məhkəməyə müraciət etməyə məcbur edib.
ABŞ mətbuatında yer alan məlumatlara görə, restoranın ümumi borcu təxminən 1,8 milyon dollar təşkil edir. Vəsaitləri isə 147 min 810 dollar olaraq qeydə alınıb. Borcun ən böyük hissəsi 1,57 milyon dollar dəyərindəki bank kreditidir.
Qeyd edək ki, “Breaking Bad” serialında ‘Walter White Jr.’ obrazını canlandıran RJ Mitte keçən günlərdə 34 yaşında həyatını itirib. Mitte’nin canlandırdığı rol, serialda Norris’in oynadığı xarakterin yeğeni idi.
