“The New York Times” 21-ci əsrin ən yaxşı 100 televiziya serialını müəyyənləşdirib. Siyahı 500-dən çox aktyor, ssenarist, prodüser və televiziya sahəsinin digər peşəkarlarının səsverməsi əsasında hazırlanıb.
Dergi.az xəbər verir ki, siyahının ilk pilləsində 16 “Emmy” mükafatına layiq görülən “Breaking Bad” qərarlaşıb.
Üçüncü sırada 16 “Emmy” mükafatlı “Mad Men”, dördüncü yerdə isə 19 “Emmy” qazanan “Succession” yer alıb. 59 “Emmy” mükafatına sahib “Game of Thrones” isə altıncı pillədə qərarlaşıb.
İlk 10-luqda “Veep”, “30 Rock”, “Curb Your Enthusiasm” və “Atlanta” kimi məşhur komediya serialları da yer alıb.
Maraqlı məqam isə “The Office” serialının həm ABŞ versiyasının – 11-ci, həm də orijinal Britaniya versiyasının – 16-cı sırada olmasıdır.
Elmi-fantastik janrın məşhur layihələri “Black Mirror” və “Severance” də siyahıya daxil edilib. “Breaking Bad”in davamı olan “Better Call Saul” isə 27-ci pillədə qərarlaşıb.
“True Detective” serialının yalnız ilk mövsümü siyahıya salınıb və 35-ci yeri tutub.
The New York Times-ın hazırladığı siyahı sosial şəbəkələrdə və televiziya dünyasında geniş müzakirələrə səbəb olub.
