Türkiyəli keçmiş model Demet Şener Almaniyadan aldığı 8 min avro dəyərindəki çantası ilə bağlı açıqlama verib.
Dergi.az xəbər verir ki, Demet Şener çantalarını qızı İrem Kutluay ilə birlikdə istifadə etdiyini bildirib. “Kolleksiyamın yarısını İremə verdim. İrem istifadə edəndə daha xoşbəxt oluram”, – deyə qeyd edib.
Yeni çantası ilə bağlı isə “Bu markanın sistemi belədir. Hələ istifadə etməmişəm. Amma heç bir şeyi saxlamamağı öyrəndim. Aldığım hər şeyi istifadə edirəm”, – deyə danışıb.
Demet Şener keçən həftələrdə dünyaca məşhur bir çanta üçün Almaniyaya gedib. Alış-verişdən sonra İstanbula qayıdıb. 8 min avroluq çanta haqqında danışan Şener Almaniyada yaşayan qardaşlarının olduğunu və bu səbəbdən səfərində konaklama məsələsində problem yaşamadığını bildirib.
O, çanta üçün bir il əvvəl sıraya girdiklərini və keçən həftə çantanın gəldiyini, bunu almaq üçün Almaniyaya getdiyini söyləyib.
