Amerikalı aktrisa və model Erika Eleniak 15 illik münasibət fasiləsi ilə bağlı açıqlama verib.
Dergi.az xəbər verir ki, “Unfiltered Network” şousunda danışan Eleniak, qızı doğulduqdan sonra keçmiş həyat yoldaşı ilə ayrıldığını və bu səbəbdən 15 il ərzində heç kimlə görüşmədiyini bildirib.
Aktyor Roke Dayqlodan ayrıldıqdan sonra qızını qorumaq məqsədilə belə bir qərar qəbul etdiyini deyib. Eleniak, qızının atasız böyüməsindən narahat olduğunu, lakin qərarının doğru olduğunu düşündüyünü vurğulayıb.
Erika Eleniak “Spasateli Malibuda” serialında Şoni Makleyn obrazını canlandırıb və 2026-cı ildə bu rolu yenidən canlandıracağını açıqlayıb.
O, həmçinin avqust ayında OnlyFans platformasında hesab açaraq pərəstişkarları ilə birbaşa əlaqə qurmaq imkanı əldə edib.
