Britaniyalı aktrisa Florence Pugh Mayfairdə gecə gəzintisi zamanı cəsarətli geyimi ilə diqqət çəkib.
Dergi.az xəbər verir ki, aktrisa “East of Eden” adlı yeni Netflix serialının nümayişindən sonra qara şəffaf geyimdə görüntülənib. O, geyimini qara palto, açıq burunlu platforma ayaqqabılar və gümüş sırğalarla tamamlayıb.
Florence Pugh serialda John Steinbeck-in “East of Eden” romanının yeddi hissəli adaptasiyasında Cathy Ames rolunu canlandırır. Serial Kaliforniyanın Salinas Vadisində iki ailənin təlatümlü həyatını izləyir.
Aktrisa həmçinin “Don’t Worry Darling” filminin çəkilişləri zamanı rejissor Olivia Wilde ilə yaşanan gərginlik barədə danışıb. O, Vanity Fair-ə verdiyi müsahibədə bu mövzuda açıqlamalar verib.
Florence Pugh bildirib ki, çəkiliş meydançasında “qarışıqlıq” sevmir və gələcəkdə öz filmi üçün belə vəziyyətlər istəməzdi.
