Aktyor Ziya Ağanın “Aktyorların işi restoranlara pul qazandırmaqdır” sözləri birmənalı qarşılanmayıb.
Xalq artisti Naibə Allahverdiyeva jurnalist Pərviz Hüseynin səhifəsində məsələyə münasibət bildirib.
“Bizim teatrın aktyorları 5-10 manat çörək pulunu restoranlardan güclə qazanırlar. Haradandır günə 30-40 manat restorana pul xərcləsinlər?”, – deyə qeyd edib.
Qeyd edək ki, Z. Ağa Olay.az-a müsahibəsində bu sözləri deyib:
“Aktyorlarımız deyinir ki, maaş azdır. “Tarqovı”da kimə baxırsan, qabağında 9-10 manatlıq kofeylə oturub, günə 30-40 manat xərcləyir, aylıq maaş isə başqa məbləğə gəlib çıxır”.
Şərhlər