Türkiyəli aktrisa İpek Tanrıyar Necla Uygurun dəfn mərasimində geyimi ilə bağlı sosial şəbəkələrdə tənqidlərə məruz qalıb.

Dergi.az xəbər verir ki, Teşvikiye məscidində keçirilən mərasimdə Tanrıyarın geyimi sinə dekoltesi səbəbindən diqqət çəkib və sosial mediada müzakirə mövzusuna çevrilib.

Aktrisa açıqlama verərək köynəyinin yaxasına qədər bağlı olduğunu, yalnız iki düyməsinin fərqində olmadan açıldığını bildirib.

Tanrıyar yaşanan kədər səbəbindən bu detalı fərq edə bilmədiyini və ətrafındakıların da ona xəbərdarlıq etmədiyini qeyd edib.