Türkiyəli aktrisa və aparıcı İpek Tanrıyarın geyimi məşhur teatr ustası Nejat Uygurun dəfn mərasimində müzakirə mövzusu olub.

Dergi.az xəbər verir ki, mərhumun həyat yoldaşı Necla Uygurun dəfninə qatılan Tanrıyar, başını örtməsinə baxmayaraq, dərin dekolteli geyimi ilə diqqət çəkib və sosial mediada tənqid edilib.

Sosial media istifadəçiləri Tanrıyarın geyimini dəfn adabına uyğun hesab etməyərək, “Başını örtüb, amma dekolte geyinib” kimi şərhlər yazıblar.

İstifadəçilər arasında “Sadəcə sadə bir tişört geyinsəydi, bu qədər diqqət çəkməzdi” fikrini irəli sürənlər də olub.