Amerikalı məşhur Kayli Cenner “Bachelorette Weekend” serialında baş rolu canlandıracaq.
Dergi.az xəbər verir ki, Cenner eyni zamanda layihənin icraçı prodüseri olacaq. Serialın tam mövsüm sifarişi ilə bağlı “Hulu” striminq platforması ilə razılaşmanın yekunlaşdırılması mərhələsindədir.
Bu, Kayli Cennerin ilk böyük aktrisalıq rolu olacaq. O, daha əvvəl yalnız realiti-şoularda və səsləndirmə layihələrində iştirak edib.
Serialın süjetinə əsasən, Cennerin canlandırdığı obraz toydan əvvəl keçirilən subaylıq gecəsindən sonra hovuzda ölü tapılır. Onun bütün yaxın rəfiqələri avtomatik olaraq şübhəlilər sırasına düşür. Cennerin obrazı ölsə də, baş verən qətlin sirri fləşbeklər vasitəsilə tədricən açılacaq.
