Müğənni Kərim Abbasov qatıldığı toy məclislərindən birində ev sahibi tərəfindən döyülüb.
Axşam.az-ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində yerləşən şadlıq saraylarından birində baş verib.
Bildirilib ki, hadisəyə səbəb Kərimin məclisdə fonoqram oxuması olub. Məclis sahibi narazılığını bildirsə də, ifaçı buna məhəl qoymayıb. Onlar arasında mübahisə düşüb.
Qeyd edək ki, DİN-in Mətbuat Xidməti məsələ ilə bağlı açıqlama verib. Bildirilib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq saraylarından birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb. Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Şərhlər