Avstraliyalı pop ulduz Kylie Minogue 2026 AFL Grand Final performansı zamanı Dolce & Gabbana tərəfindən xüsusi hazırlanmış geyimlər geyinib.

Dergi.az xəbər verir ki, İtalyan moda evinin qurucuları Domenico Dolce və Stefano Gabbana tərəfindən hazırlanan bu geyimlər arasında vintaj köynəkdən hazırlanmış mini don, lentli mesh tank top və Chantilly danteli və kristal don yer alıb.

Mesh tank top AFL-ə xüsusi işarələrlə bəzədilib. Dolce & Gabbana tərəfindən təqdim olunan şou qeydlərində bu görünüşün təhlükəsizlik kəmərindən hazırlanmış xüsusi kəmərlə tamamlandığı, lentlər, Swarovski kristalları və ayaqqabı bağlarından hazırlanmış püsküllərlə bəzədildiyi qeyd olunub.

Kylie Minogue səhnədə möhtəşəm görünməsinə baxmayaraq, tamaşaçıların bəziləri onun performansını “dəhşətli dərəcədə pis” adlandırıb.

Bununla belə, bəzi azarkeşlər onun performansını müdafiə edərək, bunun “ən yaxşı pre-game performansı” olduğunu vurğulayıb.