Amerikalı aktrisa və rejissor Maggie Gyllenhaal Busan Beynəlxalq Film Festivalında rejissorların iş prosesindəki davranışları ilə bağlı açıqlama verib.
Dergi.az xəbər verir ki, Gyllenhaal, ən yaxşı və uğurlu rejissorların ətraflarındakı insanların fikirlərindən faydalanmağı bacardıqlarını bildirib. O, “Çox qorxmuş və ya sadəcə ağıllı olmayan insanlar başqalarının səslərini boğmağa çalışır” deyə qeyd edib.
Gyllenhaal, “Flesh Impact” adlı qısametrajlı filmi ilə Busandadır. Bu filmdə Ellen Burstyn 100 yaşlı Merilin Monronu, Dakota Johnson isə onun gəncliyini canlandırır. Gyllenhaal, rejissor kimi əsas məqsədinin çəkiliş meydançasında hər kəsin öz töhfəsini sərbəst şəkildə verməsi olduğunu vurğulayıb.
“Flesh Impact” filmi Genesis avtomobil markasının sifarişi ilə Monronun 100 illik yubileyinə həsr olunub. Film Venesiya Film Festivalında yarışma xaricində dünya premyerasını edib.
Maggie Gyllenhaal həmçinin qadın rejissorların sayının artmasının vacibliyindən danışıb və qadınların film sənayesindəki roluna dair fikirlərini bölüşüb.
