Müğənni Amina Şirin yeni “Gələrsən” klipinə və “Dua” kitabına təqdimat mərasimi keçirib.
Dərgi.az xəbər verir ki, müğənninin ad gününə təsadüf edən gecədə Aminanın sənət yoldaşları, dostları və ailə üzvləri iştirak edib. Təqdimatın aparıcılığı aktyor Kamran Ağabalayevə həvalə edilib. O, Aminanın müəllifi olduğu qəzəllə gecəyə start verib. Daha sonra səhnəyə səbəbkar gəlib və ard-arda sevilən hitlərini səsləndirib.
Səbəbkarın özəl günündə qonaqlar arasında müəllimi Vaqif Gərayzadə də yer alıb.
Xalq artisti Röya Ayxan da Əminə Şirin özəl günündə tək qoymayıb.
Sonda sənətçi qonaqlara imzalı kitabını hədiyyə edib.
Qeyd edək ki, “Gələrsən”in sözləri İlqar Fəhmi, musiqisi Fərid Kərimliyə məxsusdur.
Şərhlər