Türkiyəli pop müğənnisi Murat Dalkılıç İstanbulda Vadi Açıkhava-da möhtəşəm konsert verməyə hazırlaşır.

Dergi.az xəbər verir ki, konsert 10 oktyabr şənbə günü baş tutacaq və Dalkılıç öz hit mahnıları ilə yanaşı, xüsusi repertuarı ilə dinləyicilərə unudulmaz anlar yaşadacaq.

Konsertin ən böyük sürprizi isə məşhur müğənni Burcu Güneşin səhnəyə qonaq kimi qatılması olacaq. İkilinin birlikdə səsləndirəcəyi mahnılar gecənin yaddaqalan anlarından biri olacaq.

Murat Dalkılıçın bu konserti İstanbul musiqisevərləri üçün ilin ən çox danışılan tədbirlərindən biri kimi gözlənilir.