Amerikalı aktrisa Nikola Peltz əri Bruklin Bekhemin çiynində gəzişdiyi anları sosial media hesabında paylaşıb.

Dergi.az xəbər verir ki, video romantik musiqi fonunda çəkilib. Cütlük daha əvvəl Eyfel qülləsi fonunda öpüşərkən çəkilən fotolarını da yayımlayıb.

Nikola və Bruklin Parisdə Moda Həftəsi çərçivəsində Messika və Balenciaga nümayişlərinə qatılıblar. Onlar həmçinin Deauville Amerika Film Festivalında və Venesiya Film Festivalının qırmızı xalçasında görünüblər.

Xatırladaq ki, Nikola Peltz və Bruklin Bekhem 2022-ci ildə Floridada təntənəli toy mərasimi keçiriblər. İkinci toy mərasimində isə valideynləri Devid və Viktoriya Bekhem iştirak etməyib.