Amerikalı müğənni Olivia Rodrigo “Unraveled Tour” konsertində səhnədə geyimini dəyişib.

Dergi.az xəbər verir ki, müğənni Konnektikutda keçirilən konsertdə “the cure” mahnısını ifa edərkən süni yağış onun ağ paltarını əritdi və altında qırmızı korsaj və mikro ətək göründü.

Rodrigo sosial mediada konsertdən fotolar paylaşaraq bu şounun uzun müddətdir planlaşdırıldığını və gerçəkləşdiyini bildirib.

Geyim Kıbrıs əsilli britaniyalı dizayner Hüseyn Çalayana məxsus olub və xüsusi olaraq Rodrigo üçün hazırlanıb. Dizayner 2016-cı ilin yaz kolleksiyasında Kuba ilhamlı suya reaksiya verən geyim yaratmışdı.

Rodrigo konsertdə altı fərqli obrazda görünüb və beş geyim dəyişikliyi edib. Şou mövsümi bölmələrə ayrılıb və hər birində fərqli atmosfer yaradılıb.

XƏBƏRİN VİDEOSU

0:00 / 0:00

SOSİAL MEDİA MƏZMUNU