Amerikalı müğənni Olivia Rodrigo “Unraveled Tour” adlı yeni turnesinin ilk konsertində geyiminin səhnədə əriməsi ilə diqqət çəkib.
Dergi.az xəbər verir ki, konsertdə baş verən bu qeyri-adi hadisə Kıbrıs əsilli türk dizayner Hüseyn Çalayana aid xüsusi kostyum dəyişikliyi performansı ilə yadda qalıb. 23 yaşlı müğənni “The Cure” mahnısını ifa edərkən səhnəyə yağan süni yağış altında ağ kolsuz geyimi su ilə təmasda əridi və altından qırmızı korse tulum və mikro mini ətək göründü.
Bu ikonik dizaynın arxasında duran Hüseyn Çalayana məxsus su ilə təmasda ərimə xüsusiyyətinə malik xüsusi parça texnologiyası konsert iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Olivia Rodrigo sosial media hesabından konsert görüntülərini paylaşaraq bu şounu təxminən bir ildir planlaşdırdığını bildirib və izləyicilərinə təşəkkür edib. Gənc müğənninin sıx qış marafonu fevral ayında Bruklində verəcəyi 10 konsertlə başa çatacaq.
